Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci ilin yekununda Azərbaycanın maliyyə sisteminin aktivləri 44,9 milyard manat təşkil edib.
“Report” bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabata istinadən xəbər verir.
Sənədə əsasən, maliyyə sisteminin aktivlərinin 65,8%-i banklarda, 30,9%-i bank olmayan kredit təşkilatlarında (BOKT - bura kredit ittifaqları da daxildir), 2,8%-i sığorta şirkətlərində, 0,5%-i isə investisiya şirkətlərində cəmləşib.
Hökumət qeyri-bank kredit təşkilatlarının aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edib.