Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq

Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal identifikasiya sisteminin xüsusi komponenti olan Ağıllı müqavilədən (Smart Contract) aktiv istifadə edəcək.
Maliyyə
15 Noyabr , 2018 16:16
Azərbaycanın maliyyə sektorunda Ağıllı müqavilələr tətbiq olunacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal identifikasiya sisteminin xüsusi komponenti olan "Ağıllı müqavilə"dən ("Smart Contract") aktiv istifadə edəcək".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş informasiya inzibatçısı Fərid Osmanov deyib. 

"Müxtəlif idarə, müəssisə və təşkilatlarda, o cümlədən kredit təşkilatlarında bir-birindən fərqlənən biznes prosesləri var. Onların optimallaşdırılması, səmərəliliyinin, effektivliyinin təmin olunması vacibdir. Bu məsələnin həllinə "Ağıllı müqavilə"lər kömək edir və bütün proseslər həmin müqavilələr əsasında formalaşır. Bununla da biznes prosesinin dəyişdirilməsi qeyri-mümkün olur", - o qeyd edib. 

"Beynəlxalq maliyyə institutları arasında keçirilmiş sorğunun nəticələrinə görə, bankların 80%-dən çoxu “blockchain” texnologiyasının tətbiqi barədə düşünür. Son 3 ildə bu texnologiyaya 1,4 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb. Həmçinin 2 500-dən çox prototip layihələr hazırlanıb və onların patentləşdirilməsi üzrə müraciətlər edilib. Hazırda 24 ölkə bu texnologiyanın dövlət resurslarının avtomatlaşdırılmasının tətbiqini planlaşdırır. Təbii ki, mərkəzi banklar bu prosesi diqqət mərkəzində saxlayır. Hazırda 90-dan artıq mərkəzi bankda avtomatlaşdırılma prosesinə “blockchain” texnologiyasının cəlbi barədə düşünürlər", - deyə AMB rəsmisi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi