Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 03 iyul, 2023
  • 11:23
Azərbaycanın kollektor agentliyinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

İyulun 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 manat olan 86 000 ədəd, yəni 86 min manatlıq adi, sənədsiz, adlı səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bütün səhmlər yerləşdirilsə, "BOA Agency"nin nizamnamə kapitalı 22,5 dəfə artaraq 4 min manatdan 90 min manata çatacaq.

Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 50 %-i Yadulla Yusifova, 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.

44 filmi