Azərbaycanın iki sığorta təşkilatı "Azər-Türk Bank"da pay alıb

Azərbaycanın iki sığorta təşkilatı "Azər-Türk Bank"da pay alıb Bu, "AzRe Təkrarsığorta" və "Qala Həyat Sığorta" şirkətləridir
Maliyyə
7 Yanvar , 2015 13:30
Azərbaycanın iki sığorta təşkilatı Azər-Türk Bankda pay alıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanın "AzRe Təkrarsığorta" ASC (6,55%) və "Qala Həyat Sığorta" ASC (5,0%) "Azər-Türk Bank” ASC-nin səhmdarları siyahısına qoşulub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (75,00%), Türkiyənin "Ziraat Bank"ı (12,37 %) və "Ziraat Bank International" (Almaniya, 1,08%) ilə yanaşı daha iki yerli kommersiya təşkilatı "Azər-Türk Bank”ın səhmdarı olub.

Bildirək ki, əvvəlcə bankın səhmdarları rolunda Azərbaycan Əmlak Məslələri üzrə Dövlət Komitəsi (85%), Türkiyənin "Ziraat Bank"ı (14%) və "Ziraat Bank International" (Almaniya, 1%) çıxış edib.

Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi