Azərbaycanın geoloji mühəndislik şirkəti nizamnamə kapitalını 82 % artırır

Maliyyə
  • 10 oktyabr, 2024
  • 12:42
Azərbaycanın geoloji mühəndislik şirkəti nizamnamə kapitalını 82 % artırır

Azərbaycanın geoloji mühəndislik şirkəti - "Geoengineering” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 90 000 manatlıq yeni səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 10 000 manat olan 9 ədəd adi, sənədsiz, adlı səhmdən gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 81,8 % artaraq 110 000 manatdan 200 000 manata çatacaq.

Xatırladaq ki, "Geoengineering" 2008-ci ildə yaradılıb. Onun səhmdarı 100 % Arzu Zeylanovdur. Şirkətə onun oğlu Orxan Zeynallı rəhbərlik edir.