Azərbaycanın gələn ilə büdcə layihələri sentyabrın 15-nə qədər hökumətə təqdim olunacaq

Azərbaycanın gələn ilə büdcə layihələri sentyabrın 15-nə qədər hökumətə təqdim olunacaq “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət və icmal büdcələrinin layihələri, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə prezidentinə təqdim ediləcək.
Maliyyə
102
8 Sentyabr , 2021 18:49
Azərbaycanın gələn ilə büdcə layihələri sentyabrın 15-nə qədər hökumətə təqdim olunacaq

“Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət və icmal büdcələrinin layihələri, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə prezidentinə təqdim ediləcək.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

"Növbəti addım olaraq, "2022-ci il üzrə dövlət büdcəsi haqqında" qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim ediləcək", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi