Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 696,4 milyard manat təşkil edib.
Maliyyə
373
31 Mart , 2020 14:48
Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 696,4 milyard manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Kredit qoyuluşunun 12 735,1 milyon manatı və yaxud 81,1%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 20,7% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 564 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 23,3% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16%-dən 16,3%-ə çatıb.

Fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 397,2 milyon manat olub. Bu isə illik müqayisədə 15,6% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-dən 2,5%-ə düşüb.

Son xəbərlər

Orphus sistemi