Azərbaycanın bank sektorunun zərəri bir qədər də artıb - ƏLAVƏ OLUNUB
- 01 iyun, 2018
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
İlk xəbər saat 11:43-də verilib
Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur.
***
4 ay ərzində bank sektorunun faiz gəlirləri 561,2 mln. manat, faiz xərcləri 201,1 mln. manat, qeyri-faiz gəlirləri 159,3 mln. manat, qeyri-faiz xərcləri isə 325,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 193,8 mln. manat olub.
Banklar bunun 242,5 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 1,7 mln. manat gəlir əldə ediblər, 10,1 mln. manat mənfəət vergisi ödəyiblər.