Azərbaycanın bank sektorunun xalis mənfəəti cüzi azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti cüzi azalıb Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 829,6 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
24 Oktyabr , 2024 09:51
Azərbaycanın bank sektorunun xalis mənfəəti cüzi azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 829,6 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

9 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 105,5 milyon manat (1 il əvvələ nisbətən 15 % çox), əməliyyat xərcləri 2 milyard 800,4 milyon manat (21,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 289,5 milyon manat (31,2 % çox), gözlənilməz gəlirləri 4,6 milyon manat (5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 190,6 milyon manat (11,2 % az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi