Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 065,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 2,6% çoxdur.
Bankların aktivlərinin 12 966 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 7,7% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,8%-dən 41,7%-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,7% artaraq 26 351,5 milyon manata, o cümlədən depozit portfeli 2,7% artaraq 19 569,7 milyon manata çatıb. Bunun 7 763,7 milyon manatı fiziki, 11 806 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,2% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 11,3% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,4 dəfə artaraq 382 milyon manat olub.
Sektorun balans kapitalı isə 2,2% artaraq 4 714,4 milyon manat təşkil edib.