Azərbaycanın bank sektorunun aktivləri 24 % artıb

Azərbaycanın bank sektorunun aktivləri 24 % artıb Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 589,7 milyon manat təşkil edib.
Maliyyə
22 Avqust , 2022 11:51
Azərbaycanın bank sektorunun aktivləri 24 % artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 41 589,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 23,5 % çoxdur.

Bankların aktivlərinin 17 275,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,9 %-dən 41,5 %-ə çatıb. 

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,7% artaraq 36 450,5 milyon manata, o cümlədən depozit portfeli 29,55 % artaraq 29 600,5 milyon manata çatıb. Bunun 10 605,5 milyon manatı fiziki, 18 995 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 25,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 31,8 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 25,8 % azalaraq 275,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 7,8% artaraq 5 139,2 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi