Azərbaycanın aparıcı sement istehsalçısı xalis mənfəətini kəskin artırıb

Maliyyə
  • 07 avqust, 2024
  • 06:14
Azərbaycanın aparıcı sement istehsalçısı xalis mənfəətini kəskin artırıb

"Holcim Azerbaijan" ASC 2023-cü ili 12,922 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 95,4 % çoxdur.

Ötən il səhmdar cəmiyyətinin satışdan gəlirləri 166,535 milyon manat (əvvəlki ilə nisbətən 14,4 % çox), satışının maya dəyəri 86,131 milyon manat (12,2 % çox), çatdırılma xərcləri 33,925 milyon manat (24,2 % çox), ümumi və inzibati xərclər 16,833 milyon manat (16,2 % çox), satış xərcləri 4,554 milyon manat (34,7 % çox), maliyyə aktivləri üçün ehtiyatdakı dəyişiklikdən zərəri 386 min manat (3,7 dəfə az), maliyyə xərcləri 7,531 milyon manat (10 % az), məzənnə fərqindən zərəri 233 min manat (15,3 % az), digər gəlirləri 411 min manat (31,8 % az), birgə müəssisələrdəki paydan zərəri 4 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 4,427 milyon manat (41,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Holcim Azerbaijan"ın aktivləri 299,682 milyon manat olub ki, bu da illik müqayisədə 7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,3 % artaraq 156,611 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 143,071 milyon manata çatıb.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.

44 filmi