Azərbaycanın aparıcı armatur istehsalçısının xalis mənfəəti 77 %-ə yaxın artıb
- 23 aprel, 2025
- 09:12
Yeniliklərdən dərhal xəbərdar olun!
"El Metal Plus" QSC 2024-cü ili 1,863 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 76,6 % çoxdur.
Ötən il "El Metal Plus"ın vergiyəqədərki mənfəəti 2,432 milyon manat (əvvəlki ilə nisbətən 2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 568 min manat (4,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "El Metal Plus"ın aktivləri 29,184 milyon manat olub ki, bu da illik müaayisədə 33,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 75,5 % artaraq 23,915 milyon manata çatıb, balans kapitalı isə 35,8 % azalaraq 5,269 milyon manata düşüb.
"El Metal Plus" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,972 milyon manatdır. Şirkət ölkənin aparıcı armatur istehsalçısıdır.