Azərbaycanın 2017-ci il üçün büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub

Azərbaycanın 2017-ci il üçün büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub Dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat səviyyəsində proqnozlaşdırılır
Maliyyə
2 Dekabr , 2016 14:41
Azərbaycanın 2017-ci il üçün büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Milli Məclisin İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

"Report"un verdiyi xəbərə görə, bununla da bütün komitələrin birgə iclasında müzakirələr yekunlaşıb.

Büdcə zərfinə daxil olan layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxil olması gözlənilir. Nəticədə, büdcə layihəsində bununla bağlı edilən dəyişikliklə dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi