“Alıcılıq qabiliyyəti paritetinə görə, Azərbaycanda minimum əmək haqqı 595 ABŞ dollarıdır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu baxımdna Azərbaycan Ermənistanı 2,1 dəfə üstələyir.
“ABŞ-da orta hesabla 1 dollara alınan malı Azərbaycanda 0,25 dollara və yaxud 0,43 manata almaq olur. Bu il ölkədə maaşların aşağı həddi 2 mərhələdə artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Bu artım ölkədə orta aylıq əmək haqqının da artımına göstərir və bu ilin sonuna qədər maaşların orta həddi təxminən 15 faiz artaraq 625 manata çatacaq”, - deyə V.Qasımlı qeyd edib.
O həmçinin əlavə edib ki, Prezident