"Bakı Fond Birjası" QSC bu ilin yanvar-iyul aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 718 430 206 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 044 438 263 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 724 477 340 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 1 124 747 905 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 690 998 743 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 335 938 238 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 283 475 320 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 233 170 833 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 129 262 800 manatla"PSG Kapital İnvestisiya Şirkəti" QSC və 56 286 082 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
№ |
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi, AZN |
1 |
Paşa Kapital |
7 718 430 206 |
2 |
Unicapital |
3 044 438 263 |
3 |
BTB Kapital |
1 724 477 340 |
4 |
AzFinance |
1 124 747 905 |
5 |
ABB-İnvest |
690 998 743 |
6 |
Xalq Kapital |
335 938 238 |
7 |
CPM-İnvest |
283 475 320 |
8 |
İnvest-Az |
233 170 833 |
9 |
PSG Kapital |
129 262 800 |
10 |
MFX Trading |
56 286 082 |
11 |
Plato Capital and Co. |
- |