Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2024)
- 06 sentyabr, 2024
- 14:54
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-avqsut aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 18 355 272 334 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 17 244 337 956 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 4 146 786 295 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 2 373 293 364 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 2 114 872 775 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 2 054 204 416 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 838 002 922 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 653 705 287 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 355 387 810 manatla “MFX-Trading İnvestisiya Şirkəti” ASC, 274 158 613 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 131 534 982 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 2 240 467 manatla “Troni İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | PAŞA Kapital | 18 355 272 334 |
| 2 | ABB-İnvest | 17 244 337 956 |
| 3 | Assist Finance | 4 146 786 295 |
| 4 | Unicapital | 2 373 293 364 |
| 5 | CPM-İnvest | 2 114 872 775 |
| 6 | AzFinance | 2 054 204 416 |
| 7 | İnvest-Az | 838 002 922 |
| 8 | Capital Partners | 653 705 287 |
| 9 | MFX Trading | 355 387 810 |
| 10 | Xalq Kapital | 274 158 613 |
| 11 | PSG Kapital | 131 534 982 |
| 12 | Troni | 2 240 467 |