"Bakı Fond Birjası" QSC bu ilin yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 8 milyard 826 milyon 258 min 515 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 milyard 560 milyon 818 min 261 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 908 milyon 854 min 432 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 1 milyard 221 milyon 457 min 634 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 782 milyon 916 min 003 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 423 milyon 690 min 028 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 369 milyon 056 min 296 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 290 milyon 259 min 169 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 146 milyon 381 min 969 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 56 milyon 286 min 082 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
№ |
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi, AZN |
1 |
PAŞA Kapital |
8 826 258 515 |
2 |
Unicapital |
3 560 818 261 |
3 |
BTB Kapital |
1 908 854 432 |
4 |
AzFinance |
1 221 457 634 |
5 |
ABB-İnvest |
782 916 003 |
6 |
CPM-İnvest |
423 690 028 |
7 |
Xalq Kapital |
369 056 296 |
7 |
İnvest-Az |
290 259 169 |
8 |
PSG Kapital |
146 381 969 |
9 |
MFX Trading |
56 286 082 |
10 |
Plato Capital and Co. |
- |