Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 10 % artıb

Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 10 % artıb Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin 2022-ci ildə məcmu xalis mənfəəti 8,575 milyon manat təşkil edib.
Maliyyə
8 İyun , 2023 12:01
Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 10 % artıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin 2022-ci ildə məcmu xalis mənfəəti 8,575 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10,4 % çoxdur.

İnvestisiya şirkətlərindən 4-ü – “Capital Partners”, “MFX-Trading”, “Plato Capital and Co.” və “Troni” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “MFX-Trading” və “Troni”nin zərəri artıb, “Plato Capital and Co.”nun zərəri azalıb, “Capital Partners” isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 9 investisiya şirkətindən isə 4-ü – “ABB-İnvest”, “CPM-İnvest”, “İnvest-AZ” və “PAŞA Kapital” mənfəətini artırıb, qalanları isə azaldıb.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 10,927 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 12 % çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2021-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 2,351 milyon manat təşkil edib. Bu da illik müqayisədə 18 % çoxdur. İnvestisiya şirkətlərindən 4-ü – “Capital Partners”, “MFX-Trading”, “Plato Capital and Co.” və “Troni” ötən ili zərərlə başa vurduqları üçün vergi ödəməyiblər. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 9 investisiya şirkətindən 3-ü - “CPM-İnvest”, “İnvest-AZ” və “PAŞA Kapital” vergi ödəmələrini artırıb, qalanları isə azaldıb.

Son xəbərlər

Orphus sistemi