Bakı. 12 noyabr. REPORT.AZ/ Cari ilin oktyabr ayında Bakı Fond Birjasının (BFB) dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, renkinqdə "Unicapital" ASC liderlik edir.
Mövqe (oktyabr, 2015) | Mövqe (sentyabr, 2015) | Brokerlər | Əməliyyatların həcmi (manat) |
1 | 4 | Unicapital | 241 302 741 |
2 | 1 | Pasha Capital | 54 119 965 |
3 | 5 | AzFinance Invest | 32 776 478 |
4 | 6 | Xalg Capital | 1 938 605 |
5 | 2 | Brokdil-Az | 1 000 000 |
6 | 10 | Chelsea Capital | 286 556 |
7 | 7 | Tekhnika Capital Management | 220 490 |
8 | 3 | BoB Broker | 5 422 |
9 | 8 | Standard Capital | 5 422 |