Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb Bu ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 409 597 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Maliyyə
20 Fevral , 2023 17:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Bu ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 409 min 597 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildiirlir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 %, o cümlədən kommersiya qurumlarının sayı 10,5 % artıb.

Yanvar ayı ərzində 1 237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 % çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 %-i elektron qaydada, 21,3 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi