Azərbaycanda valyuta hərracında dollara tələb azalıb

Azərbaycanda valyuta hərracında dollara tələb azalıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib
Maliyyə
6933
11 Avqust , 2020 12:43
Azərbaycanda valyuta hərracında dollara tələb azalıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 6-na nisbətən 5,3 milyon ABŞ dolları və yaxud, təxminən, 8,9% azalaraq 53,8 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Orphus sistemi