Azərbaycanda valyuta hərracında dollara tələb 24%-dən çox artıb

Azərbaycanda valyuta hərracında dollara tələb 24%-dən çox artıb Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib
Maliyyə
3 Sentyabr , 2020 12:43
Azərbaycanda valyuta hərracında dollara tələb 24%-dən çox artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ABŞ dollarına tələb sentyabrın 1-nə nisbətən 15,4 mln ABŞ dolları və ya 24,2% artaraq 79,1 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi