Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın azalıb

Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın azalıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
11 İyun , 2020 12:36
Azərbaycanda valyuta hərracında dollara tələb 23%-ə yaxın azalıb
google.az

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 9-na nisbətən 12 milyon ABŞ dolları və yaxud təxminən 22,8% azalaraq 40,7 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi