Azərbaycanda ümumi dövlət xidmətləri xərcləri 8 % artırılır

Azərbaycanda ümumi dövlət xidmətləri xərcləri 8 % artırılır Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3 % artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
Maliyyə
31 May , 2023 10:22
Azərbaycanda ümumi dövlət xidmətləri xərcləri 8 % artırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3 % artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.

“Report” xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı xərclərin 29,538 milyon manat və yaxud 1,9 % artırılaraq 1 milyard 568,845 milyon manatdan 1 milyard 598,383 milyon manata, beynəlxalq münasibətlər üzrə xərclərin 26 milyon manat və yaxud 5,5 % artırılaraq 472,4 milyon manatdan 498,4 milyon manata, xarici yardımlarla bağlı xərclərin 100 milyon manat və yaxud 8,4 dəfə artırılaraq 13,5 milyon manatdan 113,5 milyon manata çatdırılması, elm xərclərinin 3,169 milyon manat və yaxud 1,4 % azaldılaraq 228,473 milyon manatdan 225,304 milyon manata endirilməsi, seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə xərclərin 16,199 milyon manat və yaxud 53,1 % artırılaraq 30,531 milyon manatdan 46,73 milyon manata, büdcələrarası transfertlərin 29,831 milyon manat və yaxud 6,1 % azaldılaraq 489,481 milyon manatdan 459,65 milyon manata, dövlət borcu ilə bağlı xərclərin isə 177,516 milyon manat və yaxud 17,7% artırılaraq 1 milyard 5 milyon manatdan 1 milyard 182,516 milyon manata çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi