Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb

Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində son 3 ildə milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq bu ilin ilk 10 ayında 606 milyard manat təşkil ed
Maliyyə
3 Dekabr , 2024 10:49
Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb

Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində son 3 ildə milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3,6 dəfə artaraq bu ilin ilk 10 ayında 606 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63,8 %-i nağdsız formada həyata keçirilib.

"Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılığa təsir edən prioritet amillərdən biri rəqəmsal ödəniş ekosisteminin rəqabətədavamlı fəaliyyətinin təmin edilməsi, eləcə də mütəmadi əsasda inkişaf etdirilməsidir", - deyə Z.Nuriyev əlavə edib.

Bundan başqa, o deyib ki, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb: "Tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması ekosistem iştirkaçıları üçün etibarlı və fəaliyyəti daha da dayanıqlı olan tərəfdaşların yaranmasına imkan verir".

Z.Nuriyevin sözərinə görə, həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir.

"Növbəti strateji dövrdə rəqəmsal ödəniş ekosistemin qabaqcıl beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsi məqsədilə lokal ödəniş kartlarının emissiyası məsələsi daha geniş çərçivədə müzakirə edilərək mövcud imkanlar və gələcək perspektivlər qiymətləndirilməlidir. Hesab edirik ki, lokal ödəniş kartlarının emissiyası ekosistemdə rəqabəti daha da təşviq etməklə xidmət haqlarının effektiv formada tənzimlənməsinə, uzunmüddətli perspektivdə infrastrukturun davamlılığının daha da artırılmasına imkan verəcək", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi