Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 12 % artırılır

Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 12 % artırılır Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 373 milyon manatının və yaxud 1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
25 May , 2024 12:03
Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 12 % artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 373 milyon manatının və yaxud 1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9 % və ya 39,7 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi