​Azərbaycanda RSI indeksinın artımı davam edir

​Azərbaycanda RSI indeksinın artımı davam edir "Report"un analitikləri: "Bu, inflyasiya səbəbindən baş verməyib"
Maliyyə
17 Noyabr , 2014 11:00
​Azərbaycanda RSI indeksinın artımı davam edir

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2014-cü ilin oktyabr ayı üzrə 106,9% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayının indeksindən 0,3 faiz bəndi çoxdur. Öz növbəsində, sentyabrda bu indeks 0,7 faiz bəndi artıb.

Qeyd edək ki, RSI indeksi ay ərzində satılmış malların aylıq dinamikasını əks etdirir. Bu ilin oktyabr ayında ümumi pərakəndə ticarət dövriyyəsi 2,0 mlrd. manat, sentyabrda isə 1,871 mlrd. manat olub. Göründüyü kimi, indeks 100%-dən yüksək səviyyədədir. Aydındır ki, indeksin 100%-dən yüksək olması oktyabrda pərakəndə ticarətin həcminin sentyabr ayı ilə müqayisədə artmasını göstərir.

"Report"un analitik qrupu hesab edir ki, bu artımın yalnız kiçik hissəsi inflyasiya səbəbindən yaranıb. Belə ki, oktyabrda aylıq inflyasiya 0,3% təşkil edib, o cümlədən pərakəndə ticarətin əksəriyyətini təşkil edən ərzaq məhsulları üzrə inflyasiya 0,6% olub. Lakin göründüyü kimi, pərakəndə ticarətin aylıq artımı 6,9%-ə bərabər olub. Beləliklə, oktyabrda pərakəndə ticarətin fiziki həcminin artımı baş verib.

Son xəbərlər

Orphus sistemi