Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan şirkət bu il dividend ödənişini ikiqat artıracaq

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan şirkət bu il dividend ödənişini ikiqat artıracaq Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkəti 2019-cu ildə hər səhm üzrə ödəyəcəyi dividendin məbləğinin minimum 0,06 dollar olacağını proqnozlaşdırır.
Maliyyə
25 Fevral , 2019 12:45
Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan şirkət bu il dividend ödənişini ikiqat artıracaq

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2019-cu ildə hər səhm üzrə ödəyəcəyi dividendin məbləğinin minimum 0,06 dollar olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

2018-ci ildə hər səhm üzrə dividendin məbləği 0,03 dollar təşkil edib.

Məlumata görə, 2018-ci il üzrə dividendlərin ödənişi iyunun 20-də şirkətin ümumi yığıncağında təsdiq olunduqdan sonra iyul ayında həyata keçiriləcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi