Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən il 1,8 milyard manat artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən il 1,8 milyard manat artıb Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən "Heydər Əliyev və Azərbayca
Maliyyə
10 Fevral , 2023 10:56
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən il 1,8 milyard manat artıb

Ötən il Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda konfransda deyib.

O, bildirib ki, bura bütün fiskal yığımlar aiddir:

"Bu məbləğ büdcənin ümumi fiskal yığımlarından 78,9 %-i həcmində olub. Ötən il vergi daxilolmaları 15,5 milyard manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2 % çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyard manat təşkil edib. 2022-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2021-ci illə müqayisədə 1,8 milyard manat çox olub və ya 22,9 % artıq icra olunub".

O.Nəzərli bildirib ki, ötən il qeyri-neft-qaz sektorunda ÜDM-in nominal artım tempi 21,6 %, vergi daxilolmalarının nominal artım tempi isə 27,9 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi