Azərbaycanda qeyri-bank təşkilatlarının aktivləri 20% artıb

Azərbaycanda qeyri-bank təşkilatlarının aktivləri 20% artıb Aktivlərin 85%-i beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşən kredit təşkilatlarının payına düşür
Maliyyə
6 Fevral , 2015 10:43
Azərbaycanda qeyri-bank təşkilatlarının aktivləri 20% artıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının məcmu aktivləri illik müqayisədə 20,01% artaraq 2015-ci il yanvarın 1-nə 650,6 mln. manata çatıb. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aktivlərin 69,65 mln. manatı (10,7%) kredit ittifaqları, 550,65 mln. manatı (84,6%) beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 30,31 mln. manatı (4,7%) digər bank olmayan kredit təşkilatlarının payına düşüb.

Aktivlərin illik artımı kredit ittifaqları üzrə 29,46%, beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilən kredit təşkilatları üzrə 20,37% olub. Digər bank olmayan kredit təşkilatları üzrə isə əksinə, 1,75% azalma müşahidə edilib.

Ötən il bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı ümumilikdə 7,56% artaraq 89,03 mln. manat təşkil edib. Nizamnamə kapitalının 26,28 mln. manatını kredit ittifaqları, 50,02 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları, 12,72 mln. manatını digərləri əhatə edib. Bu da öz növbəsində illik müqayisədə müvafiq olaraq 22,01% və 17,64% artım, sonuncu kateqoriya üzrə isə 32,01% azalma deməkdir.

Cari ilin yanvarın 1-nə Azərbaycanda bank olmayan kredit təşkilatlarının cəmi 224 filialı fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri illik 23,53% artaraq 2015-ci il yanvarın 1-nə 25,183 mlrd. manata çatıb. Bank aktivlərinin 68%-ni müştərilərə verilmiş kreditlər təşkil edib.

Son xəbərlər

Orphus sistemi