Azərbaycanda pul kütləsinin artması valyuta vəsaitlərinin bahalaşması ilə bağlıdır

Azərbaycanda pul kütləsinin artması valyuta vəsaitlərinin bahalaşması ilə bağlıdır Geniş mənada pul kütləsi illik müqayisədə 6% artıb
Maliyyə
16 May , 2016 10:44
Azərbaycanda pul kütləsinin artması valyuta vəsaitlərinin bahalaşması ilə bağlıdır

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il aprel ayının 1-nə 20 635,1 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi martın 1-nə nisbətən 1 036,3 mln. manat və ya 5,29%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 127,7 mln. manat və ya 5,78% artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi aprelin 1-nə 8 943 mln. manat təşkil edib. Bu, martın 1-nə olan analoji göstəricidən 256,6 mln. manat və ya 2,95% çoxdur, keçən ilin analoji dövrü ilə müqayisədə isə 3 550,1 mln. manat və ya 28,4% azdır. Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi ən maksimal səviyyəsinə 2014-cü ilin noyabrında çatıb və 17 525,2 mln. manat təşkil edib. Hazırda isə bu göstərici tarixi maksimal səviyyədən 8 582,2 mln. manat və ya 49% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, geniş mənada pul kütləsinin mart ayı ərzində artmasına səbəb dolların məzənnəsinin yüksəlməsi zamanı xarici valyutada olan vəsaitlərin manata ekvivalentində yüksəlməsi amili olub.

Son xəbərlər

Orphus sistemi