​Azərbaycanda pul bazası kəskin azalıb

​Azərbaycanda pul bazası kəskin azalıb Bu ilin əvvəlindən pul bazasının həcmi 21%, təkcə fevralda isə 12% azalıb
Maliyyə
9 Mart , 2015 12:39
​Azərbaycanda pul bazası kəskin azalıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanda pul bazası 2015-ci ilin fevral ayında 12% azalaraq martın 1-nə 9 109,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, cari ilin əvvəlindən pul bazası 21% və ya 2 440 mln. manat azalıb.

Qeyd edək ki, pul bazası dövriyyədə olan nağd pul və bankların sərbəst ehtiyatlarının cəmini əks etdirir. Əsas azalma dövriyyədə olan nağd pulda baş verib. Nağd pulun bir hissəsinin xarici valyutaya konvertasiyası yolu ilə dövriyyədən cıxarıldığı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi