Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5%-dən aşağı düşüb

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5%-dən aşağı düşüb Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib.
Maliyyə
21 Dekabr , 2021 14:32
Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5%-dən aşağı düşüb

Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,6% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 12%, son 1 ildə isə 14,8% azalıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 4,7% təşkil edib. Bu nisbət oktyabrın sonuna 5%, ötən ilin sonuna 6,1%, ötən noyabrın sonuna 6,3% olub.

Son xəbərlər

Orphus sistemi