Azərbaycanda problemli kreditlərin məbləği 1,6 mlrd. manatdan aşağı düşüb

Maliyyə
  • 04 fevral, 2019
  • 05:58
Azərbaycanda problemli kreditlərin məbləği 1,6 mlrd. manatdan aşağı düşüb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1,585 mlrd. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub. 

44 filmi