Azərbaycanda pensiyaların formalaşması ilə bağlı yeni qanun hazırlanıb

Azərbaycanda pensiyaların formalaşması ilə bağlı yeni qanun hazırlanıb Nazir: "Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək"
Maliyyə
31 May , 2016 14:46
Azərbaycanda pensiyaların formalaşması ilə bağlı yeni qanun hazırlanıb

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda pensiya islahatları ilə bağlı müvafiq qanun layihəsi hazırlanıb. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"Prezidentin təsdiq etdiyi pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır", - deyə nazir qeyd edib.

"Diplomatlara gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif edilir ki, xaricdə çalışan zamanı əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olacaq", - deyə S.Şərifov əlavə edib. 

Son xəbərlər

Orphus sistemi