Bakı. 18 iyul. REPORT.AZ/ 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft sektoruna 3435,0 milyon manat həcmində vəsait yönəldilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,97% çoxdur.
"Report"un
Statistikaya əsasən 2015-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7925,6 milyon manat vəsait yönəldilmiş, onun 73,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,7 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına 5096,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2829,4 milyon manat vəsait yönəldilib, ümumi sərmayənin 29,3 faizi dövlət, 70,7 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 59,4 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 5659,2 milyon manat, bank kreditləri 368,0 milyon manat, büdcə vəsaitləri 1488,1 milyon manat, büdcədənkənar fondların vəsaitləri 126,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 225,3 milyon manat, sair vəsaitlər 58,9 milyon manat təşkil edib.
2015-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 50,4 faizi sənaye sahələrinin inkişafına, 12,5 faizi tikintiyə, 12,3 faizi nəqliyyat və anbar təsərrüfatına, hər birində 4,7 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, dövlət idarəetməsinə, 3,8 faizi istirahət, əyləncə və incəsənətə, 2,9 faizi kənd təsərrüfatına, 2,1 faizi ticarətə, 2,0 faizi informasiya və rabitəyə, 1,4 faizi təhsilə, 0,9 faizi səhiyyəyə, hər birində 0,8 faiz olmaqla daşınmaz əmlakla əlaqədar əməliyyatlara, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2 faizi maliyyə və sığorta fəaliyyətinə sərf edilib.