Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3 % artırılır

Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3 % artırılır Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq ilə bağlı ayırmalar 68,865 milyon manat və yaxud 2,5 % artaraq 2 milyard 762,927 milyon manatdan 2 milyard 831,792 milyon manata çatdırılır.
Maliyyə
31 May , 2023 10:41
Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3 % artırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq ilə bağlı ayırmalar 68,865 milyon manat və yaxud 2,5 % artaraq 2 milyard 762,927 milyon manatdan 2 milyard 831,792 milyon manata çatdırılır.

“Report” xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məhkəmə hakimiyyəti xərclərinin dəyişdirilməyərək 145,67 milyon manat saxlanılması, hüquq-mühafizə xərclərinin 48,191 milyon manat və yaxud 2,3 % artırılaraq 2 milyard 80,008 milyon manatdan 2 128,199 milyon manata, prokurorluq xərclərinin 2,327 milyon manat və yaxud 1,9 % artırılaraq 124,1 milyon manatdan 126,427 milyon manata çatdırılması, məhkəmə qərarlarının icrası xərclərinin dəyişdirilməyərək 10 milyon manat saxlanılması, hüquqi yardım xərclərinin 0,372 milyon manat və yaxud 7,4 % artırılaraq 5,028 milyon manatdan 5,04 milyon manata, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərlə bağlı xərclərin isə 18,334 milyon manat və yaxud 4,6 % artırılaraq 398,122 milyon manatdan 416,456 milyon manata çatdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi