Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 28% artıb
- 21 iyul, 2017
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşlarının həcmi illik müqayisədə 28,4% artaraq bu ilin yanvar-iyun ayları ərzində 0,8 mln. manata çatıb.
"Report" bu barədə Dövlət Statsitika Komitəsinə istinadən xəbər verir.
Beləliklə, iqtisadiyyata cəmi invesitiya qoyuluşunun 0,01%-i məhz maliyyə sektorunun payına düşüb.
Rəsmi statistikaya əsasən, 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 138,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az vəsait yönəldilib.
İstifadə olunmuş vəsaitin 5 613,3 mln. manatı və ya 78,6%-i məhsul istehsalı obyektlərinin, 1 143,1 mln. manatı və ya 16,0 %-i xidmət sahələri üzrə obyektlərin, 382,2 mln. manatı və ya 5,4%-i isə ümumi sahəsi 838,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.