Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır

Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır ABA bununla bağlı banklara müracit edib
Maliyyə
7 Mart , 2017 09:39
Azərbaycanda Maliyyə Savadlığı Şurası yaradılır
Report

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) bütün üzv təşkilatlara Maliyyə Savadlığı Şurasının yaradılması təklifi ilə müraciət edib. Şuraya üzv olmaq istəyən banklar bununla bağlı onlara ünvanlanan məktuba martın 10-dək cavab verməlidir. 

Bu barədə "Report" bank dairələrinə istinadən xəbər verir.

"ABA maliyyə savadlığı ilə bağlı fəaliyyətini əsasən törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) vasitəsilə həyata keçirir. Maliyyə savadlığı ilə əlaqədar planlaşdırılan işlərin birgə müzakirəsi və koordinasiyası məqsədilə ABA-nın nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət (İdarə Heyəti üzvləri və s.) Maliyyə Savadlığı Şurasının yaradılması nəzərdə tutulur", - deyə məktubda qeyd olunub

Şuranın fəaliyyətinin əsas istiqamətləri, üzvlərlə birlikdə ABTM-in direktoru Cavanşir Abdullayevin iştirakı ilə müəyyən ediləcək. Şura bu sahədə ideyaların, məlumatların və təcrübələrin müzakirə olunduğu platforma rolunda çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi