Bakı Fond Birjası (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1 milyon manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edib.
"Report" xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
İstiqrazlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.