Azərbaycanda kreditlər üzrə büdcə daxilolmaları 9 dəfədən çox artacaq

Azərbaycanda kreditlər üzrə büdcə daxilolmaları 9 dəfədən çox artacaq Artıma səbəb “Azərbaycan Dəmir Yolları” tərəfindən dövlət büdcəsindən alınmış büdcə vəsaitinə görə növbəti ildə nəzərdə tutulan ödənişlərin nəzərə alınması olub.
Maliyyə
21 Dekabr , 2020 14:22
Azərbaycanda kreditlər üzrə büdcə daxilolmaları 9 dəfədən çox artacaq

Azərbaycanda 2021-ci ildə dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar 44,8 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 39,8 milyon manat və ya 9,1 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Sənəddə həmçinin bildirilir ki, bu, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 39,7 milyon manat və ya 8,8 dəfə çoxdur. Artıma səbəb “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsindən alınmış büdcə vəsaitinə görə növbəti ildə nəzərdə tutulan ödənişlərin nəzərə alınması olub.

Son xəbərlər

Orphus sistemi