​Azərbaycanda kreditlər bahalaşıb

​Azərbaycanda kreditlər bahalaşıb Faizlərin artımı həm manat, həm də xarici valyutada verilən kreditlər üzrə müşahidə olunur
Maliyyə
23 İyun , 2015 16:19
​Azərbaycanda kreditlər bahalaşıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda həm manat, həm də xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi artıb. Apreldə manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,12 faiz bəndi artaraq 14,14%, xarici valyutada isə 0,1 faiz bəndi artaraq mayın 1-nə illik 13,0% təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə fiziki şəxslərə verilən kreditlərdən isə manatda faiz dərəcəsində artım, valyutada isə azalma müşahidə olunub. Belə ki, fiziki şəxslər üzrə manatla kreditlərdə orta faiz dərəcəsi 0,24 faiz bəndi artaraq 18,63%, xarici valyutada isə 0,18 faiz bəndi azalaraq 21,06% olub.

Hüquqi şəxslərə gəlincə, bu göstəricilər müvafiq olaraq manatda 0,03 faiz bəndi azalaraq 9,72%, xarici valyutada isə 0,44 faiz bəndi artaraq 9,28% səviyyəsində qərarlaşıb.

Manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 9 aydan 1 ilədək kreditlərdə - illik 18,36%, xarici valyutada kreditlərdə isə 14,91% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə 10 ildən artıq verilən kreditlərdə - manatla 8,35%, valyutada 7,60% olub. 

Son xəbərlər

Orphus sistemi