Azərbaycanda könüllü sığorta bazarı 12 %-dən çox böyüyüb
- 31 dekabr, 2024
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 912,558 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 568,093 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 42,6 % çoxdur.
Beləliklə, 11 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 49 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.