Azərbaycanda istehlak bazarı 4% azalıb

Biznes
  • 25 may, 2020
  • 06:48
Azərbaycanda istehlak bazarı 4% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 3,9% azalaraq 13,7 milyard manata bərabər olub, onun 46,3%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357,8 manatlıq və yaxud 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,6 manat az əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.