Azərbaycanda işçilərin dələduzluğundan sığortaya maraq kəskin artıb

Azərbaycanda işçilərin dələduzluğundan sığortaya maraq kəskin artıb Bu sığorta növü üzrə ödənişlər yığımları 3 dəfəyə yaxın üstələyib
Maliyyə
27 Sentyabr , 2017 13:22
Azərbaycanda işçilərin dələduzluğundan sığortaya maraq kəskin artıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar özlərini aktiv şəkildə işçilərin dələduzluğundan sığortalamağa başlayıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar - avqust aylarında sözügedən sığorta növü üzrə 656 min manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.

2016-cı ilin ilk 8 ayında işçilərin dələduzluğu ilə bağlı sığorta hadisəsi baş verməsə də, bu ilin ilk 8 ayında vəziyyət fərqli olub. Sığorta şirkətləri bu istiqamətdə 1,719 mln. manat sığorta ödənişi həyata keçiriblər. Bu isə o deməkdir ki, ödəniş yığımdan 2,62 dəfə çox olub. 

Son xəbərlər

Orphus sistemi