Azərbaycanda illik inflyasiya 13 %-ə çatıb

Azərbaycanda illik inflyasiya 13 %-ə çatıb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 113 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 %, qeyri-ərzaq məhsulları üzrə 107 %, əhaliyə göstərilmiş ödənişli x
Maliyyə
10 Avqust , 2022 12:03
Azərbaycanda illik inflyasiya 13 %-ə çatıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 113 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 %, qeyri-ərzaq məhsulları üzrə 107 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,1 % təşkil edib

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, təkcə iyulda ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, ötən ilin iyul ayına nisbətən 113,7 % olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 %, ötən ilin iyul ayına nisbətən 120,3 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, azalma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib

İyulda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 %, ötən ilin iyul ayına nisbətən 108,6 % təşkil edib. Qeyri-ərzaq məhsullarından daha çox artım Aİ-95 markalı avtomobil benzinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, divar kağızlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, şampunların, diş pastalarının və dezodorantların, azalma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyulda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 %, ötən ilin iyul ayına nisbətən 108,9 % təşkil etdib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin təmiri, ictimai iaşə və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, azalma isə dəmir yolu nəqliyyatı ilə ölkədaxili və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi