Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə ərzaq məhsulları 17,8%, qeyri-ərzaq məhsulları 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,7% bahalaşıb.