Azərbaycanda iflas prosesində olan kredit təşkilatına məxsus avtomobillər satışa çıxarılır

Azərbaycanda iflas prosesində olan kredit təşkilatına məxsus avtomobillər satışa çıxarılır Bakı. 23 noyabr. REPORT.AZ/ İflas prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək.
Maliyyə
23 Noyabr , 2018 09:38
Azərbaycanda iflas prosesində olan kredit təşkilatına məxsus avtomobillər satışa çıxarılır

Bakı. 23 noyabr. REPORT.AZ/ İflas prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək.

“Report” bu barədə BOKT-un əmlak inzibatçısına istinadən xəbər verir.

Məlumatda deyilir ki, maşınların siyahısı, eləcə də satış qaydaları və satışda iştirak etmək üçün ərizə forması https://www.azercredit.az/az/sale linkindən əldə edilə bilər.

Müraciətlər noyabrın 29-na qədər “Vijn Fond Azərkredit”in Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsində (“World Business Center” iş mərkəzi, 3-cü mərtəbə) yerləşən ofisinə təqdim edilə bilər və yaxud [email protected] е-poçt ünvanına göndərilə bilər.

Satış dekabrın 5-də qeyd edilən ünvanda olacaq. 

Son xəbərlər

Orphus sistemi