Azərbaycanda icbari sığorta bazarı 3 %-dən çox böyüyüb

Maliyyə
  • 24 avqust, 2024
  • 06:38
Azərbaycanda icbari sığorta bazarı 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 209,473 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 73,379 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.

Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 30,4 manat olub.

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.

44 filmi